Silahlı şəxs "Şerlok" ulduzunun evinə hücum etdi

Silahlı şəxs "Şerlok" ulduzunun evinə hücum etdi
calendar 31 may 2023
clock 12:00

Silahlı şəxs aktyor Londonda aktyor Benedikt Kamberbetçin evinə hücum edib.

Kulis.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Mətbuatda yayılan məlumata görə, hadisə zamanı "Şerlok" ulduzu həyat yoldaşı və uşaqları ilə evdə olub. Hücum edən şəxs bağın darvazasını sındıraraq aktyorun həyətinə soxulub. "Bilirəm ki, sən buraya köçmüsən, ümid edirəm ki, hər şeyin yanıb kül olacaq", -deyərək qışqırıb.

Təcavüzkar DNT analizindən istifadə edilərək tapılıb. Onun keçmiş aşpaz Cek Bissell olduğu məlum olub.

Bissell günahını etiraf edib və 250 funt sterlinq cərimə ödəyib. Məhkəmə ona sənətçinin ailəsinə və ya onların yaşadıqları əraziyə yaxınlaşmağı qadağan edib.

view 766 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news