“Şirvanşahların səsi” konsert proqramı təqdim olunub

“Şirvanşahların səsi” konsert proqramı təqdim olunub
calendar 25 iyul 2024
clock 13:20

Mədəniyyət Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan “Şirvanşahların səsi” layihəsi çərçivəsində növbəti konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, layihənin məqsədi Azərbaycan musiqisini qədim şəhərimizin yerli və xarici ziyarətçilərinə təbliğ etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

view 758 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news