"Şor biznes"in təqdimatı olacaq

"Şor biznes"in  təqdimatı olacaq
calendar 8 may 2024
clock 15:30

Rejissor Valeh Əhmədovun yeni filmi olan “Şor biznes” filminin 9 may tarixində qala gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, tammetrajlı bədii filmin xronometrajı 85 dəqiqədir.

AND prodakşın tərəfindən istehsal olunan film romantik dram janrındadır və baş prodüseri Valeh Əhmədovdur.

Filmdə rolları Elnar Qarayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Cəmilə Tağızadə, Yusif Tarverdiyev və Fərid Hüseynov canlandırır.

view 895 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news