Stiven Kinqin yeni romanı ekranlaşdırılacaq

Stiven Kinqin yeni romanı ekranlaşdırılacaq
calendar 17 sentyabr 2022
clock 15:00

Rejissor Pol Qrinqrass Stiven Kinqin yeni "Nağıl" (“Fairy Tale”) adlı romanının motivləri əsasında film çəkəcək.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, P.Qrinqrass filmin rejissoru olmaqla yanaşı, həmçinin prodüserlik də edəcək. Rejissor P.Qrinqrassın fanatı olan Stiven Kinq romanın ekranlaşdırma hüququnu rejissora 1 dollara satıb.

Qeyd edək ki, "Nağıl" adlı romanda 17 yaşlı bir oğlanın xeyirlə şər arasında savaşın getdiyi bir dünyaya düşməsindən bəhs edilir. Əsərdə qəhrəman bəşər tarixinin mənşəyinə düşür.

Rejissorun sözlərinə görə, o, romanı mükəmməl əsər hesab edir. Pol Qrinqrass əsəri klassik macəra hekayəsi və müasir alleqoriya adlandırıb.

view 1244 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news