Sumqayıtın mədəni problemləri müzakirə edildi - Foto

Sumqayıtın mədəni problemləri müzakirə edildi - Foto
calendar 17 fevral 2022
clock 19:00

Bu gün Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi Yanında İctimai Şuranın Kitab Nəşri və Ədəbiyyat İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərinin mədəni həyatı-yeni çağırışlar və perpsektivlər” mövzusunda ictimai dinləmələr keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Mədəniyyət Nazirliyi yanında ictimai Şuranın sədri Gəray Əlibəyov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, şəhərin ədəbi mühitinin nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltəraşlıq əhatə olunub, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olub.

view 1407 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news