"Sunayın rəng dünyası" adlı şeirlər kitabı dərc edilib

"Sunayın rəng dünyası" adlı şeirlər kitabı dərc edilib
calendar 1 dekabr 2022
clock 16:50

Uşaq yazarı Mehriban Nağıyevanın yeni şeir kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "Sunayın rəng dünyası" adlı kitabda balaca oxucular üçün bir-birindən maraqlı şeirlər yer alıb.

Bu müəllifin sayca 13-cü kitabıdır. Rəngarəng şəkillərlə dolu kitabdakı rəsmlərin müəllifi isə 275 nömrəli tam orta məktəbin 3 "b" Sağlam Təhsil sinif şagirdi Sunay Salmandır.

Sunay rəsm çəkməyi çox sevir. Sinif rəhbəri Mədinə Məmmədova Sunayın bu istedadını görərək bu şəkilləri toplayıb, uşaq yazarı Mehriban Nağıyevaya göndərib və Sunayla bərabər kitab hazırlamaq ideyasını irəli sürüb.

Nəticədə uşaqlar üçün çox maraqlı bir kitab ərsəyə gəlib. Kitabda "Xarıbülbül", "Zəfər nəğməsi", "Sunayın rəng dünyası" və digər şeirlər yer alıb.

view 1196 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news