Şuşa Dram Teatrında “Solğun çiçəklər” nümayiş olunacaq

Şuşa Dram Teatrında  “Solğun çiçəklər” nümayiş olunacaq
calendar 10 yanvar 2023
clock 13:40

Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Kulis.az-ın məlumatına görə, səhnə əsəri teatrın rejissoru Lalə Şirinovanın quruluşunda hazırlanıb.

Qeyd edək ki, Cəfər Cabbarlının "Solğun çiçəklər" əsəri Saranın əmisi oğluna olan saf məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var-dövlətini də ələ keçirmək istəyir. Bütün bu işlərin üstü açılmasın deyə Bəhramı Saradan ayırıb öz doğma qızıyla evləndirir. Nəticədə Sara vəfasızlığın qurbanı olur.

view 1129 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news