Şuşa rayonuna prokuror təyin edildi

Şuşa rayonuna prokuror  təyin edildi
calendar 8 dekabr 2023
clock 17:45

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

Kulis.az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.

view 1454 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news