Şuşada tar sexində mina partlayıb

Şuşada  tar sexində mina partlayıb
calendar 7 dekabr 2023
clock 14:33

Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.

Kulis.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən “Tar” fabrikində “Azərenerji” ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Ramin Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

view 729 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news