Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi
calendar 13 fevral 2023
clock 18:30

Rusiyanın xalq artsiti aktyor Yevgeni Şokin 78 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi məlum deyil. Kuzbass Milli Siyasətinin Mədəniyyət Nazirliyi sənətçinin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. “Onun baş rolları ifa etdiyi tamaşalar əsl teatr bayramı olub”, -deyə nazirlik nümayəndələri bildiriblər.

Şokin 1965-ci ildə Qorki adına Teatr Məktəbini bitirib. 1976-cı ildə Kuzbass Dram Teatrında xidmət etməyə başlayıb. 1981-ci ildə "RSFSR-in əməkdar artisti", 1999-cu ildə isə Rusiyanın xalq artisti adına layiq görülüb. Aktyor “Ovation” və “Qızıl maska” mükafatlarını qazanıb.

view 1351 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news