Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi
calendar 3 fevral 2022
clock 15:52

Qazaxıstan SSR-nin əməkdar artisti, Petropavlovsk şəhərinin fəxri vətəndaşı, N.Poqodin adına rayon Rus Dram Teatrının direktoru Viktor Qriqoryeviç Şalayev vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə teatrın rəsmi səhifəsində məlumat verilib.

Qeyd edək ki, Şalayev 1946-cı ildə Yaroslavl vilayətində anadan olub. 1968-ci ildə Qorki adına Teatr Məktəbini, sonra isə Karaqanda Dövlət Universitetini bitirib. O, Nijni Novqorod, Volqoqrad, Severodvinsk, Səmərqənd, Tümen kimi şəhərlərin teatrlarında çalışıb.

view 1729 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news