Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa

Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa
calendar 24 oktyabr 2023
clock 17:46

Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyula bilər.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi rəssam Azər Əliyev barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib.

Şikayətin səbəbi isə A. Əliyevə məxsus “Bakudesigncenter” və “Symbol promo” MMC-lərin dövlətə olan vergi borcları ilə bağlıdır.

Vergi borclarının ödənməsi üçün sözügedən baş idarə məhkəməyə iddia qaldırıb və rəssamın ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

view 1260 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news