Tanınmış şairin vəziyyəti ağırlaşdı

Əvəz Qurbanlı, şair-qəzəlxan

Əvəz Qurbanlı, şair-qəzəlxan

calendar 1 dekabr 2021
clock 16:50

Tanınmış şair, qəzəlxan koronavirusa yoluxub.

Kulis.azın verdiyi xəbərə görə, şair Əvəz Qurbanlı bu haqda öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə vəziyyəti ağırdır:

“10 gündən artıqdı temperaturum 39-40 arasında dəyişir. Sağlıq durumum həyatımda heç olmadığı qədər kritikdir. Bu günə qədər bu barədə kimsəyə bildirmədim. Düşündüm keçib gedər. Amma keçmədi. Bu gün təcili yardım gəlib xəstəxanaya yerləşdirməlidi. Heç kəsdən bir gözləntim yoxdu. Yalnız səmimi dualarınıza ehtiyacım var”.

view 1679 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news