Tanınmış yazıçı vəfat etdi

Albert Lixanov

Albert Lixanov

calendar 25 dekabr 2021
clock 14:35

Rusiyalı yazıçı və ictimai xadim Albert Lixanov vəfat edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, 86 yaşlı yazıçının ölüm səbəbi məlum deyil.

Daha çox uşaq yazıçısı hesab olunan Lixanovun ilk əsəri “Sarı dəri” 1962-ci ildə işıq üzü görüb. Növbəti illərdə onun "Ailə şəraiti" trilogiyası, "Mənim generalım" romanı, "Qolqota", "Ən yüksək ölçü", "İsti yağış" povestləri çap olunub və oxucular tərəfindən maraqla qarşılanıb.

Albert Lixanov 2006-cı ildə “Şərəf” ordeni ilə təltif edilib.

view 1467 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news