Tapılan cəsədin aktyora aid olduğu təsdiqləndi

Tapılan cəsədin aktyora aid olduğu təsdiqləndi
calendar 28 iyun 2023
clock 14:00

Kaliforniya dağlarında tapılan cəsədin "The Warlock" və "Room with a View" filmlərindəki rolları ilə tanınan ingilis aktyor Culian Sandsa məxsus olduğu təsdiqlənib.

Kulis.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sands yanvarın 13-də Baldi dağında gəzintiyə çıxıb, lakin bir daha evə qayıtmayıb. 65 yaşlı Sands Baldi bölgəsində yoxa çıxandan dərhal axtarışlara başlanılıb, lakin qar və uçqun riski, pis yol şəraiti səbəbindən quru ekipajları ertəsi axşam dağdan geri çəkiliblər. Daha sonra axtarışlar davam etdirilib və iki gün öncə Kaliforniya dağlarında turistlər tərəfindən bir cəsəd tapılıb. Cəsədin aktyora aid olduğu bu gün bəlli olub.

Aktyorun ölüm səbəbi hələ araşdırılır.

view 930 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news