Tarantino dünyanın ən yaxşı filmini seçdi

Tarantino dünyanın ən yaxşı filmini seçdi
calendar 5 avqust 2022
clock 12:00

Amerikalı rejissor Kventin Tarantino Stiven Spilberqin 1975-ci ildə çəkdiyi “Javs” filmini bütün zamanların ən yaxşı filmi adlandırıb.

Kulis.az “iz.ru”ya istinadən xəbər verir ki, Tarantino bu filmdən yaxşı film çəkilmədiyini iddia edib:

“Kino nöqteyi-nəzərindən “Javs”dan yaxşı heç nə olmayıb. Bu, indiyə qədər çəkilmiş ən yaxşı filmdir”.

Onun sözlərinə görə, çoxları Spilberqin uğurunu təkrarlamağa çalışsa da, indiyədək heç kim buna nail ola bilməyib.

“Javs” filminin süjetində turistlər qondarma Amiti adasının sularında üzərkən nəhəng insan yeyən köpəkbalığının hücumuna məruz qalırlar. Yerli polis rəisi yırtıcı ilə məşğul olmaq qərarına gəlir. Bunun üçün o, köpəkbalığı ovçusu və okeanoloqu cəlb edir.

view 1479 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news