Tarantinoya həsr olunan qrafik roman işıq üzü görəcək

Tarantinoya həsr olunan qrafik roman işıq üzü görəcək
calendar 28 mart 2023
clock 13:00

Titan Komiks Nəşriyyatı oktyabrın 17-də amerikalı kinorejissor, Quentin Tarantinoya həsr olunan qrafik romanı təqdim edəcək.

Kulis.az xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb.

Komiks rejissorun 60 illik yubileyi şərəfinə yaradılıb. Əsər Tarantinonun yaradıcılığından və kinorejissorun karyerasına başladığı vaxtlardan indiyə qədər keçdiyi inkişaf yolundan bəhs edir.

Qrafik romanın süjetində Tarantinonun ikonik kadrlara olan diqqəti və karyerası ərzində yazdığı inanılmaz dialoqları canlandırılacaq, rejissorun ikonik filmlərinə istinadlar olacaq.

Qeyd edək ki, komiksin müəllifi Amazing Emesianedir.

Графический роман о Квентине Тарантино выйдет в октябре 2023 года - Афиша  Daily

view 1351 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news