"Tarzan"ın aktrisası vəfat etdi

"Tarzan"ın aktrisası vəfat etdi
calendar 23 sentyabr 2022
clock 18:20

"Tarzan" filminin aktrisası Sara Şeyn vəfat edib.

Kulis.az xəbər verir ki, aktrisa iyulun 31-də, 94 yaşında, Avstraliyada dünyasını dəyişsə də, bu hələ indi məlum olub. Onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Sara ekranlarda 1948-ci ildə "Pasxa paradı" filmindəki baş rolu ilə debüt edib. O, "Tarzanın böyük macərası" (1959), "Kral və dörd Kraliça", "Möhtəşəm vəsvəsə", "Bütpərəstliyin nişanəsi" kimi ekran işlərində rol alıb.

Sənətçinin Ceymi adlı bir oğlu var.

view 1522 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news