Tatyana Frunze 104 yaşında vəfat etdi

Tatyana Frunze 104 yaşında vəfat etdi
calendar 18 yanvar 2024
clock 17:30

Sovet üzvi kimyaçısı, Hərbi İşlər Xalq Komissarı Mixail Vasilyeviç Frunzenin qızı, professor Tatyana Frunze 104 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, o, qızı Yelena ilə Moskvada yaşayırdı.

Frunze 1920-ci il avqustun 2-də Daşkənddə anadan olub. Atasının və anasının ölümündən sonra kiçik qardaşı Timur ilə birlikdə bir müddət nənəsinin yanında yaşayıb və sonra uşaqları ailə dostu Klim Voroşilov övladlığa götürüb.

view 862 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news