Teatr işçilərinin apellyasiya şikayəti rədd edildi

Teatr işçilərinin apellyasiya şikayəti rədd edildi
calendar 30 noyabr 2023
clock 18:20

Moskva Şəhər Məhkəməsi rejissor Yevgeniya Berkoviç və dramaturq Svetlana Petriyçukun həbs müddətinin uzadılması ilə bağlı apellyasiya şikayətini rədd edib.

Kulis.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.

Noyabrın əvvəlində həbs edilən teatr işçilərinin həbs müddəti yanvarın 10-dək uzadılıb.

Onlara qarşı terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği maddəsi ilə cinayət işi açılıb.

view 823 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news