“Təəssüf ki, indi Azərbaycanda yaxşı filmlər çəkilmir” - Rasim Balayev

“Təəssüf ki, indi Azərbaycanda yaxşı filmlər çəkilmir” - Rasim Balayev
calendar 8 avqust 2024
clock 18:00

“Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir".

Kulis.az xəbər verir ki, bu sözləri 76 yaşını qeyd edən Xalq artisti Rasim Balayev Lent.az-a açıqlamasında deyib.

“Bu gün təəssüf ki, mənim gəncliyimdə olduğu kimi böyük və keyfiyyətli filmlər çəkilmir. Aktyor özünü yaxşı filmlə göstərə bilər, yaxşı filmlər yoxdur deyə onlar üçün meydan da yoxdur. Yaxşı aktyorlarımız var. İndi adlarını çəkmək istəmirəm. Adını unutduqlarım inciyərlər” deyə Xalq artisti bildirib.

O, son dövrlərdə çəkilən filmləri izləmədiyini də vurğulayıb.

O, kinomuzun gələcəyinə inandığını qeyd edib:

“Birinci olaraq kinoya böyük maliyyə ayrılmalıdır. Başqa səbəblər də var. Kinoittifaq olaraq çalışırıq ki, kinomuzun inkişafı üçün əlimizdən gələni edək. Kinomuzun gələcəyinə inanıram”.

view 700 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news