Azərbaycan Dövlət Tərcümə Mərkəzində tanınmış şairə Nigar Həsənzadənin Azərbaycan dilində çap olunan ilk kitabının təqdimat mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam Sarvan, redaktoru Mahir Qarayevdir.
Kitaba ön sözü Ramiz Rövşən yazıb.
- "Türk ədəbiyyatı" dərgisinin "Şah İsmayıl" sayı nəşr olundu
- "Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?
- Nаmiq Аbdullаyеvin ахırı – Portret-hekayə
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Nigar Həsənzadənin dilimizdə çap olunan ilk kitabı çox uğurlu alınıb. Seçilmiş şeirlərin rus dilindən Azərbaycan dilinə tərcümə edən Salam Sarvan bu işi çox böyük ustalıqla həyata keçirib.