Tərsinə kölgələr"in çəkilişləri yekunlaşdı

Tərsinə kölgələr"in çəkilişləri yekunlaşdı
calendar 21 may 2024
clock 13:00

Kinotənqidçi Hacı Səfərovun qısametrajlı debüt filminin çəkilişləri sona çatıb.

Kulis.az xəbər verir ki, “Tərsinə kölgələr” adlanan bədii film yazıçı Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib.

İllər sonra azadlığa çıxmış qəhrəman dramatik dilemma qarşısında qalır. O, sevgi və intiqam arasında seçim etməlidir.

Filmin ssenaristi və quruluşçu rejissoru H.Səfərov, prodüserləri Emil Nəcəfov, H.Səfərov, Türkan Hüseyn, operatoru Elvin Məmməd, quruluşçu rəssamı Bahar Dəmir, bəstəkarı Nigar Süleyman, montajçısı Mirzəli Əlizadə, ikinci rejissoru Vəfa Fətullayeva, xətt prodüseri Ülviyyə Məmmədovadır.

Filmdə baş rolları Əməkdar artist Rasim Cəfər və Zülfiyyə Məmmədova canlandırıblar.

view 625 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news