“The Last of Us” serialının ikinci mövsümünün çəkilişləri yazıçıların tətili səbəbindən dayandırılıb.
Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Serialın yaradıcısı və şou rəhbəri Kreyq Mazin Amerika Yazıçılar Gildiyası (WGA) həmkarları ilə birlikdə görüntülənib. O, hazırda WGA tətil qaydalarına uyğun olaraq mövsümdə işləmək prosesində deyil. Serialın yaradıcılarından biri olan Neil Druckmann da hazırda serialın yeni epizodları üzərində işləmir.
- Neymarı ağladan türk filminin aktyoru təşəkkür etdi - Foto
- Qardaş, ölüm nəmənədir? – Akif Səməddən seçmə şeirlər
- Uşaq verilişlərində məhdudiyyət
Xatırladaq ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaqla bağlı kinostudiyalarla razılığa gələ bilmədiklərinə görə tətilə başlayıblar.