Tiflisdə Azərbaycan nəşriyyatı açıldı

"Yeni Proses" (New Process - ახალი პროცესი) adlı nəşriyyat

"Yeni Proses" (New Process - ახალი პროცესი) adlı nəşriyyat

calendar 18 noyabr 2021
clock 13:48

Tbilisidə Azərbaycan nəşriyyatı açılıb.

Kulis.azın verdiyi məlumata görə, "Yeni Proses" (New Process - ახალი პროცესი) adlı nəşriyyat artıq fəaliyyətə başlayıb.

Nəşriyyat sülh quruculuğu, liberal dəyərləri önə çəkərək gürcü, erməni, Azərbaycan müəlliflərini çap etmək məqsədi güdür.

Xatırladaq ki, 1905-ci ildə Mirzə Cəlil və Ömər Faiq Nemanzadənin Tiflisdə ilk dəfə azərbaycanlılara aid "Qeyrət" nəşriyyatı təsis etmişdilər. Yeni yaradılan nəşriyyatın keçən əsrdəki nəşriyyatın sələfi olduğu bildirilib.

view 1436 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news