Tina Terner vəfat etdi

Tina Terner vəfat etdi
calendar 24 may 2023
clock 23:31

Dünyaca məşhur müğənni Tina Terner vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 83 yaşlı sənətçi uzun sürən xəstəlikdən sonra İsveçrədə yerləşən evində dünyasını dəyişib.

Bir neçə il əvvəl insult keçirən sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Səkkiz "Qremmi" mükafatının sahibi olan Tina Terner "Lets stay together", "The best", "Proud mary", "Private dancer" və "Whats love got to with it" kimi hitləri ilə məşhurlaşıb.

view 1952 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news