Tina Törnerin gəlini ölmüş ərindən uşaq dünyaya gətirəcək

Tina Törnerin gəlini ölmüş ərindən uşaq dünyaya gətirəcək
calendar 27 iyul 2023
clock 14:21

Rokun kraliçası Tina Törnerin gəlini Afida Törner müğənninin mərhum oğlu Ronnidən hamilə qalmaq istədiyini açıqlayıb.

Kulis.az verir ki, o, bu barədə “People” jurnalına müsahibəsində danışıb.

Afida həkimlərin köməyi ilə hamilə qalmağa çalışacağını və uşağı tək başına dünyaya gətirəcəyini bildirib.

"İstəyirəm ki, Ronnidən övladım olsun. Təbii ki, bacarsam. 46 yaşım var. İstədiyimə nail olacağımı düşünürəm. Baxaq, görək necə olur. Ronnisiz özümü çox pis hiss edirəm. Heç olmasa, ondan bir uşağım olsun".

Qeyd edək ki, Tina Törnerin kiçik oğlu 62 yaşlı Ronni Törner 2022-ci ildə vəfat edib. 83 yaşlı ifaçı isə uzun sürən ağır xəstəlikdən sonra bu ilin mayında dünyasını dəyişib.

view 1063 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news