Tom Hanks ağır xəstədir

Tom Hanks

Tom Hanks

calendar 29 mart 2023
clock 15:30

İkiqat Oskar mükafatı laureatı Tom Hanks on ildən artıqdır ki, 2-ci tip şəkərli diabetdən əziyyət çəkir.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, xəstəlik aktyor "Filadelfiya" və "Sürgün" filmlərinə çəkilərkən kulminasiya nöqtəsinə çatıb.

Aktyor bu dəfə yüksək qan şəkəri ilə bağlı problemlər barədə ictimaiyyətə danışıb: "Həkimə getdim, o mənə dedi ki, 36 yaşından bəri mübarizə apardığın yüksək qan şəkəri indi 2-ci tip şəkərli diabetə çevrilib".

T.Hanks filmlərdəki görünüşünə diqqət çəkib: "Filmlərdə necə göründüyümü görmüsünüz. Əsl axmaq kimi. Hamburger yeməyərək bütün bunların qarşısını ala biləcəyimi düşünürdüm, amma bundan daha artığı etmək lazım idi. Həkimlər deyirlər ki, çəkimi saxlamağa və sağlam qidalanmağa davam etsəm, artıq insulin qəbul etməmə ehtiyac qalmayacaq".

view 1761 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news