Kulis.az Məmməd İlqarın "Vətən" şeirini təqdim edir.
Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.
Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.
- İlahə Hacıyeva: "Jurnalistin sualı" Ən qısa hekayə
- “Təbrizin 40 sehrli nağılı” kitabı çap olundu
- Qabil Abbasoğlunun doğum gününə...
Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!