Türk Müəllifləri Birliyi memorandum imzaladı

Türk Müəllifləri Birliyi memorandum imzaladı
calendar 11 aprel 2022
clock 18:20

Ədəbiyyat, mədəniyyət, müəllif hüquqları sahəsində fəaliyyətə başlayan Beynəlxalq Türk Müəllifləri Birliyi (BeyTüM) ilə Türkiyənin nüfuzlu ədəbiyyat təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, memorandumu Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, tanınmış şair Serhat Kabaklı və Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri, şair Xəyal Rza imzalayıblar.

Memorandumda iki qardaş ölkənin ədəbiyyat və mədəniyyət sahəsindəki fəaliyyətinin inkişafına xidmət göstərəcək müxtəlif layihələrin həyata keçirilməsi, kitabların çap edilməsi və təbliğində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.

view 1634 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news