Xalq yazıçısı Anar Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Kulis.az xəbər verir ki, o bu barədə Manset.az-a müsahibəsində deyib.
“Bu qədər gözləyiblər, üç il də gözləsinlər. Qurultayda namizədliyimi verməyəcəyəm. Mən sözümün ağasıyam”.
- Xanım Aydının imza günü keçiriləcək
- “Oyaq gözəl” onlayn nümayiş ediləcək
- Şəhriyar del Geranidən Vasif Məhərrəmliyə sərt cavab: “Getsin...”
Hazırkı sədr addımını belə izah edib:
“Başladığım bəzi məsələlər var, onları yekunlaşdırmalıyam. Məni qurultay seçibsə, ona da hesabat verməliyəm”.
Qeyd edək ki, 85 yaşlı Anar 1987-ci ildən indiyədək Azərbaycan Yazıçılar Birliyinin sədridir.