Ukraynalı aktyor döyüşlərdə ağır yaralandı

Ukraynalı aktyor döyüşlərdə ağır yaralandı
calendar 11 yanvar 2023
clock 14:00

Ukraynalı aktyor Dmitri Linartoviç Ukraynanın Donetsk vilayətində yerləşən Soledar şəhərində ağır yaralanıb.

Kulis.az xəbər verir ki, Linartoviç sosial şəbəkələrdə evakuasiya maşınında lentə aldığı videonu yayıb. O, başında sarğı ilə kamera qarşısına keçərək bildirib: “Salam, dostlar, mən ukraynalı aktyor Dmitri Linartoviçəm. Hava hücumu qoşunlarının əsgəri. Unutmayın ki, biz Allahın bizə verdiyi yer üzündəyik, heç vaxt qırılmayacağıq, qalib gələcəyik”.

Qeyd edək ki, daha əvvəl Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin bildirmişdi ki, Soledarın bütün ərazisi nəzarətə götürüb, lakin şəhərin mərkəzində döyüşlər davam edir.

view 1118 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news