Mayın 1-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.
Kulis.az xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Qeyd edək ki, konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.
- Məşhur fransız müğənnisi vəfat etdi
- "Rammstein"in seks qalmaqalına görə kastinq direktoru işdən çıxarıldı
- Ülvi Babasoyun imza günü olacaq