UNESCO-da Azərbaycan dilinin təqdimatı - SƏRGİ

UNESCO-da Azərbaycan dilinin təqdimatı - SƏRGİ
calendar 23 fevral 2024
clock 11:45

Banqladeşin Fransadakı Səfirliyinin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir-sərgi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkil etdiyi guşə maraqla qarşılanıb. Guşədə Azərbaycan dilində müxtəlifrəngli kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub.

UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Ciannini, UNESCO-nun İcraiyyə Şurasının, Baş Konfransının sədrləri Azərbaycan stendinə də baxıblar.

Tədbirdə XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın qəzəlləri səsləndirilib.

UNESCO-da Beynəlxalq Ana Dili Günü konsert proqramı ilə davam edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkə iştirak edib.

view 594 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news