UNESCO-da Ənənəvi Geyim Günü

UNESCO-da Ənənəvi Geyim Günü
calendar 29 mart 2024
clock 10:19

UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası başa çatıb.

Kulis.az xəbər verir ki, sessiyanın son günü 27 mart – Ənənəvi Geyim Günü qeyd edilib. Təşkilata üzv ölkələrin bir çoxunun nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşları İcraiyyə Şurasının son iclasına milli geyimlərdə qatılıblar.

Qeyd edək ki, bu təşəbbüs İndoneziya və Polşanın UNESCO yanında daimi nümayəndəlikləri tərəfindən ortaq mədəni müxtəlifliyi və irsi, eləcə də qarşılıqlı anlaşmanın təbliği və təşviqi məqsədilə irəli sürülüb. Təşəbbüs digər üzv dövlətlər tərəfindən rəğbətlə qarşılanıb. Bu səbəbdən də UNESCO-nun iclasında ilk dəfə daimi nümayəndələr milli geyimdə iştirak ediblər.

view 661 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news