UNESCO-nun qeyri-maddi irs siyahısına yeni nominasiyalar daxil edilə bilər

UNESCO-nun qeyri-maddi irs siyahısına yeni nominasiyalar daxil edilə bilər
calendar 13 oktyabr 2022
clock 13:00

"Bu il üçün bir neçə yeni nominasiyaların UNESCO-nun qeyri-maddi irs siyahıya daxil ediləcəyi gözlənilir".

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İrsin İdarə edilməsi Bacarıqlarının İnkişafı" Təlim Proqramı çərçivəsində UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası" ilə bağlı təlim kursunun açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini sözügedən prosesin vacibliyindən danışıb: "Azərbaycan xalqının15 qeyri-maddi irsinin qorunacaq irslərin siyahısına düşməsi, hesab edirəm ki, olduqca ciddi məsələdir. Bunlar içərisində muğam, xalça, Çövkən oyunu, Yallı rəqsi kimi əhəmiyyətli mədəni irs nümunələri qeyd edə bilərik. Bütün bunlar xalqımızın milli-mədəni sərvətləridir".

view 1223 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news