Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.
Kulis.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.
Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməlidir. Uşaqlıqda çəkdiyiniz rəsmlə də sərgiydə iştirak etmək olar.
- 80-ci Venesiya Film Festivalının qalibləri açıqlandı
- Afaq Məsud: “Ədəbiyyata marağın azalmasının səbəbi - həyatın ədəbiyyatdan maraqlı olmasındadır” – Müsahibə
- Kor – Gi de Mopassanın hekayəsi
Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.
Qeyd edək ki, əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.
AZƏRTAC