Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının saytı istifadəyə verildi

Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının saytı istifadəyə verildi
calendar 18 sentyabr 2023
clock 13:35

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində ölkəmizdə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, beynəlxalq festivalın saytı https://uhf.culture.az/) hazırlanaraq istifadəyə verilib.

Musiqisevərlər sayt vasitəsilə musiqi bayramının tarixi, 15-ci festivalın proqramı, Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat ala bilərlər.

Qeyd edək ki, Bakı ilə yanaşı, Gəncə və Şəmkirdə reallaşacaq festivalda ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Almaniya, Sinqapur və digər ölkələrdən musiqiçilərin iştirakı ilə maraqlı konsertlər, ustad dərsləri və s. təşkil olunacaq.

view 1033 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news