"Vampirlə müsahibə" filminin treyleri yayımlandı

"Vampirlə müsahibə" filminin treyleri yayımlandı
calendar 10 sentyabr 2022
clock 15:00

“AMC” televiziyası Ann Raysın romanı əsasında çəkilən “Vampirlə müsahibə” filminin tizer-treylerini yayımlayıb.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, süjetdə Lui de Puent Dulak, Lestat de Lionkur və Klaudiadan bəhs edilir. Bu, qan və ölümsüzlüyün təhlükələri haqqında epik sevgi hekayəsidir. XX əsrin əvvəllərində Yeni Orleanda qaradərililərə qarşı olan məhdudiyyətləri qəbul etməyən Lui, azğın Lestatın təklifinə qarşı durmağı qeyri-mümkün hesab edərək ona vampir yoldaşı kimi qoşulmaq qərarına gəlir. Filmdə əsas hadisələr də bundan sonra başlayır.

Qeyd edək ki, ekran əsərinin premyera tarixi hələ açıqlanmayıb.

view 1108 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news