Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada - Fotolar

Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada - Fotolar
calendar 14 iyul 2023
clock 15:50

Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.

Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.

view 1172 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news