Varşavada yəhudi gettosundan tapılmış eksponatlar nümayiş olunacaq

Varşavada yəhudi gettosundan tapılmış eksponatlar nümayiş olunacaq
calendar 18 aprel 2023
clock 15:00

Polşanın paytaxtı Varşavada açılan İkinci Dünya Müharibəsi illərində yaşayan, sevilən və həlak olan yəhudilərin ağrılı hekayəsindən bəhs edən “Yaddaş 1943” adlı sərgi açılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Varşava Getto Muzeyi ilə birgə Kordeqarda qalereyasında yanmış uşaq ayaqqabısından qırılan mətbəx qablarına qədər bir çox əşyaların nümayişi nəzərdə tutulub.

Sərgidə eyni zamanda Varşava Gettosu kimi tanınan müharibə zamanı yəhudi rayonundan bu yaxınlarda aşkar edilmiş artefaktlar da nümayiş etdiriləcək.

Qeyd edək ki, bu sərgi yəhudi döyüşçülərinin alman faşizminə qarşı üsyan etdiyi Varşava Getto üsyanının başlanmasının 80-ci ildönümünə təsadüf edir.

view 857 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news