Vətən müharibəsi haqqında serial çəkiləcək

Vətən müharibəsi haqqında serial çəkiləcək
calendar 29 iyul 2022
clock 15:40

Azərbaycan və Türkiyə kinematoqrafçıları 44 günlük Vətən müharibəsi ilə bağlı birgə serial layihəsi üzərində işləyirlər. Serial Türkiyənin tanınmış “Bozdağ film” studiyası ilə birgə çəkiləcək.

Kulis.az xəbər verir ki, bu barədə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

E.Əliyev qeyd edib ki, ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. “Hazırlıq işləri tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci bölümün bu il təqdimatı gözlənilir”, – deyə Elnur Əliyev bildirib.

Qeyd edək ki, “Bozdağ film” Türkiyənin “Kuruluş Osman”, “Destan”, “Mehmetçik” və s. tarixi mövzuda məşhur seriallarının istehsalçısıdır. Studiyanın qurucusu Mehmet Bozdağ “Diriliş Ertuğrul” ve “Kuruluş Osman” seriallarının rejissorudur. Hazırda “Bozdağ film” təxminən 30 hektar ərazidə inşa edilən Türkiyənin ən böyük film platolarından birinə malikdir.

view 1437 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news