“Vinni Pux: Qan və bal” adlı qorxu filmi çəkildi

“Vinni Pux: Qan və bal”

“Vinni Pux: Qan və bal”

calendar 31 may 2022
clock 12:00

Rejissor Ris Vaterfild məşhur ayı balasından bəhs edən Alan Milnin kitabı əsasında qorxu filmi çəkib.

Kulis.az xəbər verir ki, film “Vinni Pux: Qan və bal” adlanır.

Rejissorun sözlərinə görə, film Böyük Britaniyada cəmi on gün ərzində çəkilib. R.Vaterfild büdcəni açıqlamayıb, lakin bildirib ki, tamaşaçılar bunun Hollivud səviyyəli film olacağını gözləməməlidirlər.

Qeyd edək ki, onun filmində Vinni Pux və Pitaçokun dostu Kristofer Robin onları tərk etdikdən sonra həmin personajlar pərişan vəziyyətdə təqdim ediləcək.

view 1531 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news