Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub

Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub
calendar 28 oktyabr 2024
clock 13:44

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Üzbəüz" layihəsi çərçivəsində bəstəkar, Əməkdar artist Vüqar Camalzadə ilə görüş baş tutub.

Kulis.az xəbər verir ki, Vüqar Camalzadə tamaşaçıların suallarını cavablandıraraq, onlarla öz həyat və yaradıcılığını, təcrübələrini bölüşüb.

Görüşdə Gəncənin mədəniyyət və incəsənət xadimləri, tələbə və gənclər iştirak ediblər.

Sonda bəstəkar salonda əyləşən gəncəlilərə öz minnətdarlığını bildirərək, layihənin bəstəkar və tamaşaçı arasında səmimi bir ünsiyyət körpüsünə çevrildiyini bildirib.

view 325 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news