Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirildi

Aftandil İsrafilov

Aftandil İsrafilov

calendar 3 dekabr 2022
clock 11:40

Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

O, Xalq artistinin reanimasiyada olduğunu deyib.

"Hələlik vəziyyəti haqqında konkret nəsə deyə bilmərəm. Dünən axşam gətirib xəstəxanaya yerləşdirmişik. Hazırda reanimasiyadadır. Tam olaraq, xəstəliyinin də nə olduğunu deyə bilmərəm. Nəticələr bu gün bilinməlidir. Narahat olan, zəng edən hər kəsə minnətdarıq", - o bildirib.

view 1167 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news