Xalq artisti “Ən yaxşı aktyor” adını aldı

Xalq artisti “Ən yaxşı aktyor”  adını aldı
calendar 28 noyabr 2022
clock 12:00

Xalq artisti Qurban İsmayılov "Tallinn Black Nights" Film Festivalında (PÖFF) "Ən yaxşı aktyor" nominasiyası üzrə qalib olub.

Kulis.az xəbər verir ki, xalq artisti "Mərmər soyuğu" filmindəki roluna görə festivalda mükafata layiq görülüb.

Bu barədə sosial şəbəkədə layihənin prodüserlərindən olan Fariz Əhmədov məlumat yayıb.

Xatırladaq ki, Asif Rüstəmovun rejissorluğu ilə lentə alınan ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.

"Mərmər soyuğu"nda baş rolları xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əsgərov və aktrisa Natavan Abbaslı canlandırır.

view 1178 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news