Xalq artisti mükafata layiq görüldü

Elçin Əzizov, Xalq artisti

Elçin Əzizov, Xalq artisti

calendar 15 dekabr 2021
clock 18:20

Azərbaycanın Xalq artisti, Moskvanın “Bolşoy teatrı”nın solisti Elçin Əzizov Müstəqil Dövlətlər Birliyinin (MDB) “Birliyin ulduzları” mükafatına layiq görülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi bu mükafatın təqdimat mərasimi dekabrın 21-də “Paşkov Evi”nin böyük zalında keçiriləcək.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Fondun icraçı direktoru Anatoli Aksanov və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edəcəklər.

view 1972 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news