Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olundu

Xalq artisti Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olundu
calendar 6 fevral 2024
clock 15:10

Azərbaycanın Xalq artisti, görkəmli balerina və xoreoqraf Rəfiqə Axundova İkinci Fəxri xiyabanda dəfn olunub.

Kulis.az xəbər verir ki, mərhum sənətçi ilə əvvəlcə Təzə Pir Məscidində vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailəsi, yaxınları və sənət dostları iştirak edib.

Vida mərasiminin ardınca cənazə İkinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.

Qeyd edək ki, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra bu gecə 93 yaşında vəfat edib.

APA

view 804 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news