Xalq artisti Valeh Kərimov koronavirusa yoluxub.
Kulis.az xəbər verir ki, aktyor hazırda Ağdaşda xəstəxanaya yerləşdirilib. "Bəxt üzüyü" filmindəki "Moşu Göyəzənli" obrazı ilə tanınan V.Kərimov özünü yaxşı hiss etdiyini bildirib.
O qeyd edib ki, Ağdaşda xəstəxanada olmasına səbəb ora tamaşa ilə bağlı getməsi olub. Belə ki, onun rejissorluğu ilə Ağdaş Regional Mədəniyyət İdarəsi yazıçı İsi Məlikzadənin məşhur "Gəl, qohum olaq" əsərini yenidən səhnələşdirməyə hazırlaşıb. Əsər üzərində yaradıcılıq işi aparan Valeh Kərimov da bu məqsədlə rayona yollanıb.
- Tərcümə Mərkəzinin yeni nəşri: “Zəfər və ilğım”
- Məşhur şairin vəziyyəti ağırdı
- Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olundu
V.Kərimov əlavə edib ki, sabah Bakıya qayıdacaq.