“Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edildi

“Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edildi
calendar 13 may 2023
clock 10:12

Bu gün Xalq yazıçısı Elçin İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi tamam olur. Yubiley münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq yazıçısı Elçin” adlı elektron məlumat bazası hazırlanaraq onlayn şəkildə istifadəçilərə təqdim edilib.

Kulis.az məlumat verir ki, elektron məlumat bazası “Ana səhifə”, “Rəsmi sənədlər”, “Ədəbiyyat yaradıcısı, metodoloqu və təəssübkeşi”, “Həyat və yaradıcılığının əsas tarixləri”, Görkəmli şəxslər Elçin haqqında”, “Elçinin kitab haqqında fikirləri”, “Elçinin “Ədəbidüşüncələr”indən”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir. Bazada yerləşdirilən materiallar tam mətnləri ilə təqdim olunur.

Qeyd edək ki, Elçin ötən əsrin 60-cı illərində ədəbiyyatımıza gəlmiş və tez bir zamanda geniş oxucu kütləsinin hörmətini qazanmış yazıçılardandır.

view 1319 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news